BaşlıcaSiyasət

İran XİN başçısı sülh sazişinə toxunub

İranın xarici işlər naziri Abbas Əraqçi ümid edir ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalayacaqlar. Bunu İran XİN başçısı Abbas Əraqçi bildirib.

“İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini dəstəkləyir və ümid edirik ki, sazişin imzalanması ilə bağlı iki ölkə ən qısa zamanda yekun qərar qəbul edəcək.

Biz hesab edirik ki, bu saziş Cənubi Qafqazda sülh və sabitlik üçün çox vacibdir.

Qeyd etdiyiniz kimi, regionda eskalasiya təhlükəsi mövcuddur və ümid edirik ki, sülh sazişi imzalansa, bu təhlükələr minimuma endiriləcək və regionun sabitliyinin şahidi olacağıq ki, bu da hamının maraqlarına uyğundur.

Daha çox göstər
Back to top button