
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında sülh sazişinin imzalanmasına toxunub.
“Rəsmi Yerevan sazişin imzalanmasının yerini, vaxtını və digər detalları müəyyən etmək üçün məsləhətləşmələrə başlamağı təklif edib. Hazırda rəsmi Bakıdan eyni istəyi eşitməmişik.
Sülh sazişinin mətni üzrə razılaşmaya paralel və ondan sonra Azərbaycan müəyyən başqa ilkin şərtlər də görür. Soruşacaqsınız ki, nə etmək lazımdır? Biz işləməyə, danışıqlara davam etməli, qarşılıqlı məqbul həllər, ləyaqətli həllər və davamlı sülhü təmin edən həll yolları tapmalıyıq. Hal-hazırda, bəli, bunun harada və nə vaxt imzalanması barədə heç bir anlayış yoxdur”, – ER XİN rəhbəri bildirib.







