İctimaiyyət
“Wildberries”-dən erməni məhsulları ən çox Qırğızıstanda alınır

“Wildberries and Russ” şirkəti 2025-ci ilin 1-ci rübündə müxtəlif ölkələrin sakinləri tərəfindən edilən alış-verişi təhlil edib. Göstəricilərə əsasən, ən çox erməni malını Qırğızıstan sakinləri alıb.
Marketplace analitik xidmətinin məlumatına görə, bu il Qırğızıstanda erməni mallarının alışı 2024-cü ilin birinci rübü ilə müqayisədə 96% artıb. İkinci yerdə Rusiya (+16%), üçüncü yerdə Özbəkistan sakinləri (+6%) qərarlaşıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə Ermənistan mallarının satışında artım 71% təşkil edib.







