
Ermənistan və AB arasında vizasız rejimin tətbiqi 4-5 il çəkə bilər.
Bu barədə 2025-ci il aprelin 7-də keçirilən “Viza liberallaşması prosesi kontekstində biometrik sistemin tətbiqi işləri” mövzusunda mətbuat konfransında Ermənistan Daxili işlər nazirliyinin Miqrasiya və Vətəndaşlıq xidməti rəhbəri Nelli Davtyan məlumat verib.
O, bildirib ki, bu gün Avropa İttifaqının Ermənistana ikinci ekspert missiyasının səfəri başlayıb və bu səfər 5 iş günü davam edəcək.
“Bu proses nəticəsində iki hesabat hazırlanacaq. Bu hesabatlar yeganə sənədlər olacaq ki, biz onları şərh edə, düzəlişlər və təkliflər verə biləcəyik.
Bu sənədlər əsasında iyun ayına qədər fəaliyyət planı formalaşdırılacaq və artıq bu sənəd danışıla bilən sənəd olmayacaq”– deyə Davtyan bildirib.







