BaşlıcaMədəniyyət

Rusiyada Ermənistan Mədəniyyət Günləri keçiriləcək

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Daniel Danielyan bəyan edib ki, Rusiyada Ermənistan Mədəniyyət Günləri keçiriləcək.

Alınan məlumata görə, bu barədə rusiyanın  “RIA Novosti” agentliyi xəbər yayıb.

Daniel Danielyan jurnalistlərlə söhbətində qeyd edib:

“Dövlət səviyyəsində, əgər yanılmıramsa, payızda Rusiyada Ermənistan Mədəniyyət Günləri planlaşdırılır”.

O, bildirib ki, Ermənistan tərəfi bu tədbirə ciddi hazırlaşacaq ki, ölkənin mədəniyyətini layiqincə təqdim etsin. Nazir müavini əlavə edib ki, yaxınlarda Stanislavski adına Rusiya Dram Teatrının tamaşalarından biri məşhur Çexov festivalının proqramına daxil edilib.

“Hazırda qastrol səfərinə hazırlaşırıq” – deyə Daniel Danielyan vurğulayıb.

Daha çox göstər
Back to top button