Başlıcaİctimaiyyət

Roma Papası I Fransisk vəfat etdi

88 yaşında vəfat edən Roma Papası I Fransisk katolik kilsəsinin 266-cı rəhbəri idi. O, 2013-cü ildə Papa seçilərkən katolik müqəddəslərindən Fransiskin adını götürərək bu adı daşıyan ilk Papa oldu.

741-ci ildən sonra Avropalı olmayan ilk Papa idi: Argentinada doğulmuş və ömrünün çoxunu orada keçirmişdi.

Müqəddəs Pyotr kafedrasında əyləşən ilk Yezuit (Cizvit) təriqətindən olan Papa idi.

600 illik fasilədən sonra sələfi XVI Benediktin sağlığında vəzifəsindən şəxsən istefa verməsi nəticəsində Papa olan ilk şəxs idi.

Sosial şəbəkələrdən (X platforması) aktiv istifadə edən və rəsmi hesabı olan ilk Roma Papası idi.

I Fransisk 2016-cı ildə Ermənistana səfər edərək onu “ilk xristian ölkəsinə ziyarət” adlandırmışdı.

Frantsiskosun son təbliği

Ölümündən saatlar əvvəl Pasxa bayramı münasibətilə Müqəddəs Pyotr meydanında etdiyi çıxışında səhhətində çətinlik çəkən Papa, mesajını katibə vasitəsilə oxutdurdu. O, Ermənistan və Azərbaycana müraciət edərək dedi:

“Bu müqəddəs gündə Cənubi Qafqazı xatırlayaq və dua edək ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi tezliklə imzalansın və həyata keçirilsin. Bu, regionda uzun illərdir gözlənilən sülhün yolunu açacaq”

Xorxe Mario Berqoglio, digər keşişlərdən fərqli olaraq, bütün vaxtını ilahiyyatın öyrənilməsinə həsr etmirdi. Universitetdə oxuyub, kimya üzrə ixtisas və diplom alıb.

Bir müddət məktəbdə kimyadan dərs deyib.

Mətbuat onun şəxsi üstünlükləri və həyatı haqqında dəfələrlə yazıb.

Fransisko keşiş olmadan əvvəl sevgilisi ilə tanqo rəqsini çox sevirdi.

Əsl argentinalı kimi o, futbolu sevirdi və doğma komandalarını fəal şəkildə dəstəkləyirdi.

Papa Fransisk təvazökarlığı ilə tanınırdı. Səxavətli və ekstravaqant hədiyyələr alan Papa onları tez-tez satır, gəlirləri xeyriyyə məqsədləri üçün istifadə edirdi.

O, 1994-cü ildən bəri televiziyaya baxmırdı, çünki o, Məryəmə belə bir and içmişdi.

Həm də yaxşı yumor hissi var idi və çıxışları zamanı zarafat etməkdən çəkinmirdi.

Roma Papası Fransisk 2016-cı ildə Ermənistana səfər edib və bunu “ilk xristian ölkəsinə həcc ziyarəti” adlandırıb.

Daha çox göstər
Back to top button