BaşlıcaBeynəlxalq

ABŞ-İran danışıqlarının növbəti mərhələsi mayın 10-11-də baş tutacaq: Uitkof

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkofun verdiyi məlumata görə, ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundu böyük ehtimalla mayın 10-11-də baş tutacaq.

O, tərəflərin müəyyən irəliləyiş əldə etdiyini qeyd edərək, prosesin düzgün istiqamətdə getdiyinə ümid etdiyini bildirib.

Vitkoffun sözlərinə görə, prezident Donald Tramp mümkünsə, problemi diplomatik yolla həll etmək niyyətindədir, ona görə də Vaşinqton danışıqların davam etdirilməsi üçün lazımi səyləri davam etdirir.

Daha çox göstər
Back to top button