BaşlıcaMədəniyyət
Gürcüstan 2025-ci ildə ikinci dəfə Junior Eurovision-a ev sahibliyi edəcək

Junior Eurovision Mahnı Müsabiqəsi 2025-ci ildə Gürcüstana qayıdacaq. Tədbirə ev sahibliyi etmək üçün Tbilisi seçilib. Müsabiqə 13 dekabr şənbə günü baş tutacaq.
2024-cü ildə Madriddə keçirilən müsabiqənin qalibi “To My Mom” mahnısı ilə gürcüstanlı Andrey Putkaradze olub.
Rəsmi “Eurovision” saytı xəbər verir ki, ölkə 2017-ci ildə müsabiqəyə uğurla ev sahibliyi etdikdən sonra ikinci dəfə müsabiqəyə ev sahibliyi edəcək.
Gürcüstan Junior Eurovision Mahnı Müsabiqəsi tarixində ən uğurlu ölkələrdən biridir. 2007-ci ildə debütündən bəri dörd dəfə qalib gəlib.








