BaşlıcaEkonomika

Ermənistanda ilk böyük sənaye günəş elektrik stansiyası istismara verildi

Ermənistanda ilk böyük sənaye Günəş elektrik stansiyası istifadəyə verildi

Ermənistanda ilk böyük sənaye günəş elektrik stansiyası olan “Masrik-1” Geğarkunik vilayətində istismara verilmişdir. Stansiyanın layihə gücü 55 MVt, illik elektrik enerjisi istehsalı isə təxminən 24 milyon kVt/saat təşkil edir.

Ermənistan Respublikasının İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının (İXTK) qərarı ilə “EfArVi Masrik” şirkətinin “Masrik-1” günəş elektrik stansiyası elektrik enerjisi istehsalı mərhələsinə keçib və tarif təsdiq almışdır.

Komissiyanın açıqlamasında qeyd edilir ki, “Masrik-1” təkcə enerji sektoruna əhəmiyyətli bir investisiya deyil, həm də Ermənistanın bərpa olunan və təmiz enerji mənbələrinin inkişafının əsas tərkib hissəsidir.

Daha çox göstər
Back to top button