
Mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
O guya ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub.
Azərbaycan KİV-ləri yazır ki, tədqiqatçı ittihamları təkzib edir və elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Müdafiə tərəfi də hesab edir ki, istintaq ittihamları təsdiq edəcək mötəbər sübutlar təqdim etməyib.
Qeyd edək ki, Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.
O, “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.
Dünyanın müxtəlif ölkələrindən alimlər də onun azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə müraciət ediblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Əbilovu siyasi məhbus kimi tanıyıb.







