BaşlıcaSiyasət

Yerevanla Bakı arasında razılaşma regionda sabitlik və təhlükəsizlik üçün lazımdır: Peskov

Rusiya ümid edir ki, Ermənistanla Azərbaycan arasında yeni eskalasiya olmayacaq, çünki iki ölkə artıq sülh müqaviləsi imzalamağa çox yaxındır.

Bunu Rusiya mətbuatı Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ümid edirik ki, eskalasiya olmayacaq. Ölkələr müqavilə üzərində işi başa çatdırmağa çox yaxındırlar və ümid edirik ki, bu iş tamamlanacaq. Bu müqavilə regionda sabitlik və təhlükəsizlik atmosferi üçün çox lazımdır”, – Kreml nümayəndəsi bildirib.

Peskov həmçinin əmin edib ki, Rusiya lazım gələrsə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.

“Biz öz tərəfimizdən həmişə təkrar edirik ki, əgər tələb olarsa, biz bu prosesə töhfə verməyə hazırıq”, – Rusiya prezidentinin sözçüsü bildirib.

Daha çox göstər
Back to top button