Rusiya BƏƏ-də yüksək səviyyəli birbaşa Ermənistan-Azərbaycan danışıqlarını dəstəkləyir. TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Biz, şübhəsiz ki, belə birbaşa dialoq faktını alqışlayırıq və müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin tezliklə imzalanmasını alqışlayacağıq” – deyə o qeyd edib ki, Ermənistan-Azərbaycan sülh müqaviləsi Cənubi Qafqaz regionuna sabitlik və proqnozlaşdırıla bilənlik gətirəcək.
“Məhz belə bir sazişin imzalanması regiona proqnozlaşdırıla bilənliyi, sabitliyi və sülhü artırmağa imkan verəcək mühüm amilə çevriləcək. Biz bu prosesi tam dəstəkləyirik” – deyə Kreml nümayəndəsi bildirib.
Yada salaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş başa çatıb.







