
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranda Pakistanın daxili işlər naziri Səid Mohsin Naqvi ilə görüşü zamanı Azərbaycan hakimiyyətini tənqid edib, IRNA xəbər verir.
“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır”, – deyən o, Bakını “əl-Culani ilə sionist rejim arasında vasitəçilik etməkdə, eləcə də İsrailə neft ixrac etməkdə” ittiham edib.







