
İran Parlamentinin deputatı Kamran Qazanəfəri bəyan edib ki, “sionist rejim Azərbaycanı ikinci İsrail adlandırır” – deyərək xəbəri Khabar Online yayıb.
O, qeyd edib ki, İranda baş vermiş qətllərdə Azərbaycan ərazisində “Mossad” bazasının rolu barədə müxtəlif məlumatlar dərc olunub.
:
“Sionist rejim və Azərbaycan İran əleyhinə hərbi hücumda əməkdaşlıq etdiklərinə görə, biz bu iki rejimin münasibətlərini yenidən nəzərdən keçirəcəyik”- deyə Qazanəfəri bildirib
Azərbaycan və sionist rejim arasındakı münasibətlərin 1993-cü ildən başladığını xatırladıb. Həmin vaxtdan etibarən Bakıda anti-İran və anti-şiə kampaniyasının başladığını, bir çox şiələrin və onların liderlərinin həbs olunduğunu və zindanlarda saxlanıldığını, bəzilərinin isə şəhid olduğunu, bu təzyiqlərin bu günə qədər davam etdiyini vurğulayıb.
Netanyahu və İsrailin digər baş nazirləri dəfələrlə Bakıya səfər etmiş, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər və danışıqlar aparıblar.
Bakı rejimi sionist rejimlə sıx hərbi əlaqələr saxlayıb, son iki onillikdə İsrailli zabitlər azərbaycanlı əsgərlərin hazırlanmasına cavabdeh olublar və İsrail Azərbaycana silah tədarük edib.
Azərbaycan və İsrail orduları onlarca birgə hərbi təlimlər keçiriblər. Bakı, Təl-Əviv və Vaşinqton kəşfiyyat və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq edir, “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları Azərbaycanın təhlükəsizlik xidmətinin binasında eyni mərtəbədə yerləşiblər. İranla Azərbaycanın sərhədində “Mossad”ın nəzarətində olan casusluq bazalarının, radarların, dinləmə və radioelektron mübarizə vasitələrinin yerləşdirilməsi, Bakı rejimi və İsrailin birgə əməkdaşlıq istiqamətlərindən biridir.
On üç il əvvəl sionist rejim bəyan etmişdi ki, Azərbaycanda İranın nüvə obyektlərinə hücum etmək üçün dörd hava limanına sahibdir. Keçən il isə sionistlərin müdafiə naziri Azərbaycana səfəri zamanı deyib ki, Azərbaycan yalnız bizim strateji tərəfdaşımız deyil, həm də İsrail üçün dəyərli qazanımdır.
İranın sabiq prezidenti Rəisinin ölümündə İsrail və Bakının rolu barədə danışan Qazanəfəri deyib:
“Həmin dövrdə ABŞ rəsmisi xüsusi görüşdə bildirib ki, İsrail iranlı mühüm bir şəxsin öldürülməsini planlaşdırır”.
Azərbaycan Prezidenti İlham Əliyev tələb edib ki, Rəisi şəxsən sərhəddə yerləşən Qız-Qala-Su su anbarının açılışında iştirak etsin, halbuki əvvəllər bu mərasim iki ölkənin nazirlərinin səviyyəsində keçirilməli idi, dövlət başçıları səviyyəsində yox.
İlham Əliyev Rəisinin ölümündən bir neçə gün əvvəl israilli ravvinlə görüşüb. Rəisinin helikopterinin məhv edilməsindən dərhal sonra Pentaqonun kəşfiyyat hesabatında prezidentin helikopterinin məhv edilməsinin İsrail, Böyük Britaniya və Azərbaycan hökumətlərinin birgə planlaşdırmasının və əməkdaşlığının nəticəsi olduğu qeyd olunub.
Bir müddət sonra Netanyahu hökumətinin üzvü Ben-Gvir də etiraf edib:
“İran prezidentini öldürməklə biz müqavimət oxunun ən fanatik tərəfdarını aradan götürdük”.
Yəni, o etiraf edir ki, Rəisinin ölümü sionist rejimin işidir







