Siyasət
Minsk qrupunun fəaliyyəti haqqında

ATƏT Katibliyindən bildirilib ki, ATƏT-in Minsk Qrupunun sentyabrın 1-də səssiz prosedur vasitəsilə bağlanması planlaşdırılır.
ATƏT-dən alınan məlumata görə, təşkilatın 2025-ci ildə fəaliyyətdə olan sədri Finlandiya Minsk prosesinin bağlanması və əlaqədar strukturlarla bağlı iştirakçı dövlətlərlə müzakirələr aparır. Bunun üçün Nazirlər Şurasının qərarı tələb olunur və bu qərar bütün 57 iştirakçı dövlət tərəfindən konsensusla qəbul edilir.
Daimi Şuranın avqustun 25-də keçirilən növbədənkənar sessiyasından sonra Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması ilə bağlı Nazirlər Şurasının qərar layihəsi iştirakçı dövlətlərə təqdim edilib.







