Ermənistan və Çin strateji tərəfdaşlıq qurur: Nikol Paşinyan və Si Cinpin görüşüb

ER Baş naziri Nikol Paşinyanın və ÇXR Pezidenti Şi Cinpinin görüşü keçirildi. ER Baş nazirinin işçi qrupundan bildirildiyinə görə, ÇXR Prezidenti ER Baş nazirinin səfərini və ŞƏT Zirvə Toplantısının “ŞƏT+” formatındakı görüşündə iştirakını alqışladı.
Şi Cinpin iki ölkə arasında mövcud olan əsrlər boyu davam edən dostluq əlaqələrini qiymətləndirdi və ikitərəfli əməkdaşlığın davamlı inkişaf etdiyini bildirdi.
O, ÇXR-nın Ermənistan Respublikasının siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qəti şəkildə dəstək verdiyini vurğuladı.
Eyni zamanda, ÇXR Prezidenti Çinin ER Hökumətinin “Sülh kəsişməsi” layihəsinə və regional əlaqə yollarının blokadasının aradan qaldırılmasına dəstək verdiyini bildirdi. Şi Cinpin Ermənistanla Azərbaycan arasındakı sülh prosesini alqışladı.
İkitərəfli əlaqələrin inkişaf perspektivlərinə toxunan o, Ermənistanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəal fəaliyyətini qiymətləndirərək, onun ikitərəfli iqtisadi əməkdaşlığın potensialını tam şəkildə açmalı və onu həyata keçirmək üçün ardıcıl addımlar atmalı olduğunu vurğuladı.
Mənbəyə görə, Baş nazir Paşinyan səmimi qonaqpərvərlik üçün təşəkkür bildirdi. Nikol Paşinyan əlavə etdi ki, iki ölkə arasında formalaşan yüksək səviyyəli siyasi dialoq, bir-biri üçün əhəmiyyətli məsələlərdə qarşılıqlı dəstəyin göstərilməsində öz əksini tapır.
Baş nazirin sözlərinə görə, Ermənistan “Bir Çin” prinsipinə dəstəyini bir daha təsdiqləyir. Ölkənin rəhbəri regional və transregional sabitliyin və inteqrasiyanın artırılmasına yönəlmiş ER Hökumətinin hazırladığı “Sülh kəsişməsi” proqramının həyata keçirilməsinin, həmçinin onun Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə əlaqələndirilməsinin əhəmiyyətini vurğuladı.
Qeyd edək ki, bu təşəbbüsə Ermənistan rəsmi olaraq ilk qoşulanlardan olub. Nikol Paşinyanın sözlərinə görə, bu günkü görüş nəticəsində ikitərəfli yüksək səviyyəli əlaqələr yeni şəkildə inkişaf edəcək və möhkəmlənəcək.
ER Baş naziri ticarət-iqtisadi əməkdaşlığın səviyyəsinin ardıcıl şəkildə yüksələcəyinə, yeni birgə investisiya layihələrinin həyata keçiriləcəyinə ümid bəslədiyini bildirdi.
Ölkənin rəhbəri vurğuladı ki, ER Hökuməti çin şirkətləri tərəfindən ER-də investisiya layihələrinin genişləndirilməsinə maraqlıdır.
Qeyd edilir ki, görüşün nəticələri əsasında tərəflər Ermənistanla Çin arasında strateji tərəfdaşlığın təsdiq edildiyini və bu barədə birgə bəyannamənin qəbul edildiyini elan etdilər.
Görüş zamanı iki ölkənin rəhbərləri elm, təhsil, mədəniyyət, turizm, informasiya, metrologiya və digər istiqamətlərdə əməkdaşlığın təşviqi məsələlərinin əhəmiyyətini vurğuladılar.
Nikol Paşinyan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük arzusunu bir daha təsdiqlədi. ŞƏT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün razılıq əldə edildi.
ER Baş nazirinin ÇXR-a işgüzar səfəri qarşılama mərasimi ilə başladı. Onu və həyat yoldaşı Anna Hakobyanı Tientsinin “Binhay” beynəlxalq hava limanında ÇXR Milli Səhiyyə Komissiyasının rəhbəri Ley Hayçaon və Tientsin Xalq Siyasi Məsləhət Şurasının sədri Şen Maolin hörmət qarovulunun iştirakı ilə qarşıladılar.
Səfər çərçivəsində baş nazir ŞƏT Zirvə Toplantısının “ŞƏT+” formatındakı görüşündə və onun çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.







