
Ermənistan Prezidenti Administrasiyasından verilən məlumata görə, Prezident Vahagn Xaçatryanın sərəncamı ilə Ermənistandakı İranın səfiri Mehdi Sobhani “Dostluq” ordeni ilə təltif edilib.
“Sərəncamda deyilir:
Baş nazirin təqdimatını, Konstitusiyanın 136-cı maddəsini və “Ermənistan Respublikasının dövlət təltifləri və fəxri adları haqqında” qanunun 5.3-cü maddəsinin 1-ci hissəsini əsas götürərək – Ermənistan Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin erməni-iran dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafında göstərdiyi mühüm xidmətlərə görə İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi SOBHANİ “Dostluq” ordeni ilə təltif edilsin”.







