İctimaiyyət

Marneulidə azərbaycanlılar və gürcülər arasında inisident olub

Gürcüstanın Marneuli şəhərində dil tələbi ilə bağlı insident geniş müzakirələrə səbəb olub. KİV-in məlumatına görə, şəhər şurasının sədr müavini Riçard Qiqaninin oğlu “Melodiya” xəmir sexində işləyən yeniyetmədən gürcü dilini bilməsini tələb edib. Yeniyetmə cavab verə bilməyəndə kişi onu vurub və nəticədə mağazada qarşıdurma yaranıb.

Bununla bağlı gürcü ictimai fəalı və etnik azərbaycanlı Samirə Bayramova Marneuli şəhər şurasının sədri Amiran Georqadzeyə açıq məktub göndərib və orada zorakılığı pisləyib.

Yerli Azərbaycan təşkilatı “Bütün Azərbaycan ocaqları” da hadisə ilə bağlı bəyanat yayıb.

Belə hadisələrin fonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin passiv mövqeyi xüsusilə təəccüb doğurur. Azərbaycanın ən böyük dövlət neft şirkəti olan SOCAR Gürcüstan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə qoyur, sosial və təhsil layihələrini dəstəkləyir və ölkənin ən böyük vergi ödəyicilərindən biridir.

Buna baxmayaraq, diplomatik nümayəndəlik Azərbaycan diasporunun hüquqlarını və təhlükəsizliyini qorumaq üçün faktiki olaraq heç bir addım atmır. Bu da yerli əhalinin və fəalların narazılığına səbəb olur.

Daha çox göstər
Back to top button