BaşlıcaEkonomika

Ermənistan Almaniyadan 152 milyon avro dəstək alacaq

Almaniya hökuməti Ermənistana 152 milyon avro dəstək ayıracaq.

Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan Berlindən çəkdiyi video ilə bu haqda  açıqlayıb:

“Almaniya hökuməti Ermənistana 152 milyon avro dəstək ayıracaq. Bu, Berlində keçirilən Ermənistan-Almaniya hökumətlərarası komissiyanın birgə iclasında əldə etdiyimiz əsas nəticədir.

Bu iclasa erməni tərəfi mən rəhbərlik etdim. 152 milyon avrodan 18 milyonu qaytarılmaz qrant vəsaitidir, 134 milyonu isə çox aşağı faiz dərəcəsi ilə kredit şəklindədir” – deyə Papoyan bildirib.

Nazir qeyd edib ki, bu vəsaitin hamısı Ermənistanda kiçik və orta sahibkarlığın inkişafına, bərpa olunan enerji və su sistemlərinin təkmilləşdirilməsinə, həmçinin Ermənistan iqtisadiyyatının bir sıra vacib problemlərinin həllinə yönəldiləcək.

Daha çox göstər
Back to top button