
Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müzakirələr hələ başlamayıb. Ankaranın və İrəvanın münasibətlərinin normallaşdırılması ilə bağlı danışıqlar davam edir.
Bu haqda RİA Novosti-yə Türkiyənin diplomatik mənbəi bildirib.
“Hal-hazırda danışıqlar münasibətlərin normallaşdırılmasından gedir, sərhədin açılmasından yox. Bu məsələ prosesdən asılı olacaq, hələ dəqiq bir zaman cədvəli yoxdur” – deyə mənbənin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, bu yaxınlarda Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda “İpək Yolu”nun 5-ci forumunda iştirak edərək açıqlamışdı ki, yaxın gələcəkdə Erməni-Türk sərhədi açıla bilər.
“Mən həm də qeyd etmək istəyirəm ki, Türkiyə ilə Ermənistan arasında davam edən müsbət dialoq güman edir ki, yaxın gələcəkdə Erməni-Türk sərhədi də açıla bilər.
Lakin bununla yanaşı, qeyd edim ki, biz nəinki siyasi, həm də texniki baxımdan bu gündən etibarən hazırıq – heç bir şişirtmə olmadan, bu gündən etibarən Ermənistan Respublikasının ərazisindən Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təmin etməyə hazırıq. Ermənistanda həm yollar, həm də sərhəd infrastrukturu buna hazırdır – Xüsusən “Marağa-Yeğeqnadzor-Sisyan-Qoris” marşrutu ilə” – deyərək Paşinyan bəyan edib.
Mətn factor.am-ə aiddir.







