
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 20-21 noyabr tarixlərində Qazaxıstan Respublikasına rəsmi səfər edib.
Səfər çərçivəsində Nikol Paşinyan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə təkbətək görüş keçirəcək, sonra isə geniş tərkibli görüş keçiriləcək.
Baş nazirin həmçinin Qazaxıstan Baş naziri Oljas Bektenov və Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovla görüşləri də planlaşdırılır.
Onun Astana Ekspo, alem.ai Beynəlxalq Süni İntellekt Mərkəzi və Qazaxıstan Milli Muzeyinə səfərləri də planlaşdırılır.







