Yeğişe Melikyan azarkeşlərdən üzr istəyib

Ermənistan milli futbol komandasının baş məşqçisi Yeqişe Melikyan Dünya Kubokunun seçmə mərhələsinə yekun vuraraq komandanın son məğlubiyyətlərinə görə azarkeşlərdən üzr istəyib.
“Bu seçmə mərhələ bizim üçün çətin keçdi. Əvvəla, məğlubiyyətlərə görə üzr istəyirəm, bilirəm ki, gözləntilər yüksək idi, amma sizə layiq olduğunuz sevinci verə bilmədik. Eyni zamanda, bütün müddət ərzində bizimlə olan hər kəsə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Sizin sədaqətli dəstəyiniz bizə davam etmək və daha güclü bir komanda olmaq üçün güc verir. Daha hazırlıqlı, daha güclü, daha birləşmiş şəkildə qayıdacağıq”.
Dünya Kuboku seçmə mərhələsinin son turunda Ermənistan millisi Portoda Portuqaliya ilə oynadı və 9:1 hesabı ilə məğlub oldu. Bu, komandanın ən böyük məğlubiyyətlərindən biri idi. Bundan əvvəl Ermənistan millisi ardıcıl üç məğlubiyyət almışdı. Ermənistan millisi bu seçmə mərhələdə yalnız bir dəfə qələbə qazanıb və evdə İrlandiyaya qarşı 2-1 hesabı ilə qalib gəlib.







