
Hökumət “2025-ci il qış çağırışını elan etmək və sıravi heyətin məcburi hərbi xidmətindən tərxis olunmasını həyata keçirmək haqqında” qərar qəbul edib.
Alınan məlumata görə, Hökumətin yaydığı açıqlamada bildirilir ki, çağırış çərçivəsində Silahlı Qüvvələrin komplektləşdirilməsi müddətinin 2026-cı il yanvarın 7-dən yanvarın 31-dək, məcburi hərbi xidmət keçmiş hərbçilərin tərxisinin isə 2026-cı il yanvarın 8-dən yanvarın 31-dək müəyyən edilməsi nəzərdə tutulur.
Qərarla həmçinin könüllü olaraq sıravi heyət üzrə məcburi hərbi xidmət keçmək istəyən qadınların, eləcə də qanunun 19-cu maddəsinin 1.2-ci hissəsində göstərilən kişi vətəndaşların çağırışı tənzimlənir.







