BaşlıcaSiyasət

2026-cı ildə Yerevanda ER-Aİ ilk sammiti keçiriləcək

Ermənistan-Avropa İttifaqının ilk sammiti 2026-cı il mayın 5-də Yerevanda keçiriləcək. XİN-dən verilən məlumata görə, sammitdə iştirak etmək üçün Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Layen Ermənistana gələcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də Brüsseldə keçirdiyi mətbuat konfransında sammit çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosu Yerevanda görməyə ümid etdiyini bildirib.

Daha əvvəl elan olunduğu kimi, Avropa Siyasi Birliyinin 8-ci sammiti 2026-cı il mayın 4-də Yerevanda keçiriləcək. 2022-ci ildə yaradılan toplantı təhlükəsizlik, enerji, miqrasiya, infrastruktur, demokratiya və qanunun aliliyi kimi strateji məsələləri müzakirə etmək üçün Avropa liderlərini bir araya gətirir. Bu, Aİ üzvləri ilə Avropa Qonşuluğu arasında ümumi dialoq platforması yaratmaq məqsədi ilə Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb. İlk Avropa Siyasi Birliyinin sammiti 2022-ci ilin oktyabrında Çexiyada baş tutdu. Sonrakı sammitlər Moldova, İspaniya, Böyük Britaniya, Macarıstan, Albaniya və Danimarkada keçirilib. Ermənistan səkkizincisinə ev sahibliyi edəcək.

Daha çox göstər
Back to top button