Başlıcaİctimaiyyət

Türkiyədə qeyri-qanuni mərc bazarının 60%-i ermənilərin nəzarətindədir: Betconstruct əsas platformadır

Türkiyədə qeyri-qanuni mərc oyunları ilə bağlı “Papara” (ödəniş platforması) işi üzrə ittiham aktı dərc edilib və qeyd olunub ki, Türkiyədə fəaliyyət göstərən qeyri-qanuni mərc saytları İsveçrə, Ermənistan və Böyük Britaniyada yaradılmış sistemlərdən istifadə edir, regionmonitor.com yazır.

Sonda gizli şahidin ifadəsinə əsasən, İsveçrədə fəaliyyət göstərən Betradar idman mərcləri əmsalı və məlumatlarını, Evolution Gaming canlı kazino xidmətlərini, Ermənistan və Böyük Britaniyada fəaliyyət göstərən Betconstruct isə texniki infrastrukturu təmin edir. Gizli şahid bildirib: “Türkiyədə qeyri-qanuni mərc bazarının 60%-i ermənilərin nəzarətindədir. Hər ayın ilk 10 günündə BTC ilə Türkiyədən Yerevanavə ya Londona təxminən 10 milyon avro göndərilir”.

Şahidin sözlərinə görə, Türkiyədən qeyri-qanuni mərc oyunları vasitəsilə qaçaqmalçılıq yolu ilə çıxarılan pulun illik miqdarı təxminən 2 milyard dollardır.

Qeyd edək ki, “Papara” işi Türkiyə prokurorluğunun apardığı genişmiqyaslı istintaqa aiddir və bu, qanunsuz mərc oyun şəbəkələrinin “Papara” ödəniş platforması və digər vasitəçilik sistemlərindən milyardlarla lirəlik dövriyyəni gizlətmək və xaricə köçürmək üçün necə istifadə etdiyini ortaya çıxarır.

Daha çox göstər
Back to top button