BaşlıcaEkonomika

SOCAR 225 milyon dollara Türkiyədə elektrik stansiyası alıb

Azərbaycan Dövlət Neft və Qaz Şirkəti Türkiyənin Gama Energy şirkəti ilə Türkiyədə 870 MVt gücündə elektrik stansiyasının alqı-satqısına dair müqavilə imzalayıb.

Sənədin imzalanması Bakıda keçirilən ikinci Azərbaycan-Türkiyə investisiya forumu çərçivəsində baş tutub.

Sənədə əsasən, elektrik stansiyasının səhmlərinin 100 faizi SOCAR-a məxsusdur. Əməliyyatın dəyəri 225 milyon dollardır.

Qeyd olunur ki, bu investisiya SOCAR-ın Türkiyədə elektrik enerjisi istehsalı sektorunda mövqeyini möhkəmləndirməklə yanaşı, iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.

Daha çox göstər
Back to top button