BaşlıcaSiyasət

The Times: “Ayətullah Xamenei Moskvaya qaçmağı planlaşdırır”

İranın Cənub-Qərbində etiraz aksiyaları polis ilə toqquşmalara çevrilib; ən azı iki nəfər həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.

Bu barədə İranın Fars agentliyi məlumat verir.

Agentliyin məlumatına görə, toqquşmalar Çəharməhal və Bəxtiyari ostanının Lordəgan şəhərində baş verib. Burada etirazçıların bir hissəsi inzibati binalar və banklar istiqamətində daş ataraq bəzi tikililərə ziyan vurub.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bildirilir ki, bəzi etirazçıların üzərində silah olub və polis istiqamətində atəş açılması halları qeydə alınıb.

Fars-ın məlumatına görə, toqquşmalar yanvarın 1-i günorta saatlarına qədər davam edib, hazırda şəhərdə vəziyyət sakitdir.

Press TV isə İranın Qərbində yerləşən Kuhdəşt şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli bir könüllünün və “Basij” təşkilatının üzvünün ölümü barədə məlumat yayıb.

Dekabrın sonunda İranda İran rialının dəyərdən düşməsi fonunda etiraz aksiyaları başlamışdı. Aksiyaların əsas səbəbi məzənnənin kəskin dəyişməsi və bunun qiymətlərə təsiri olub.

Bu hadisələr fonunda İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Farzin istefa verib və onun yerinə Əbdolnasir Hemmati təyin edilib.

Mətn factor.am-ə aiddir.

Daha çox göstər
Back to top button