8 yanvar tarixinə qədər DQ-dan məcburi köçürülmüş 4066 ailə yaşayış sənədi almışdır

Qarabağdan məcburi köçürülmüş ailələrin mənzil təminatı üzrə dövlət dəstək proqramı çərçivəsində 8 yanvar tarixinə qədər 4066 ailə təsdiqedici sənəd (sertsefikat) almışdır, onlardan 1768-i artıq sənəddən istifadə edib.
Bu barədə Ermənistan Respublikası Dövlət Gəlirlər nazirliyindən məlumat verilir.
2025-ci ilin dekabrında Ermənistanı 139 min 933 turist ziyarət edib
2025-ci ilin dekabr ayında Ermənistanı 139 min 933 turist ziyarət edib, 2025-ci il ərzində isə Ermənistanı 2 milyon 263 min 642 turist ziyarət edib.
2025-ci ilin turizm sahəsindəki göstəricilərini yekunlaşdıran Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan hökumətin iclasında bildirib.
“Bu il 2 milyon 263 min 642 turist qeydə almışıq, bu, ötən ilin göstəricisindən 2,5 faiz, 2019-cu ilin göstəricisindən isə 19,4 faiz çoxdur” – deyə o, qeyd edib.
Nazir vurğulayıb ki, turistlərin sayı baxımından Ermənistan üçün ən yaxşı il 2023-cü il olub. “Tarixi ən yaxşı il 2023-cü il olub, o zaman bu ilkindən 50 min nəfər çox turistimiz olmuşdu. Amma, məsələn, Rusiyadan bu il 2023-cü illə müqayisədə 216 min nəfər az turist qeydə almışıq, digər ölkələrdən isə 166 min nəfər çox turist cəlb edə bildiyimiz üçün ümumi azalma cəmi 50 min nəfər olub” – deyə o, qeyd edib.







