
Ermənistanın Respublikasının Xarici işlər naziri Ararat Mirzoyanın Cenevrəyə səfəri başa çatıb. O, burada BMT-nin İnsan Hüquqları Şurasının və Silahsızlanma Konfransının yüksək səviyyəli iclaslarında iştirak edib.
Verilən məlumata görə, bu barədə Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Ararat Mirzoyan Varşavaya yola düşüb, burada ER Baş naziri Nikol Paşinyanın rəsmi səfərində nümayəndə heyətinin tərkibində görüşlərə qatılacaq.
Baş nazir Nikol Paşinyan fevralın 25-də iki günlük rəsmi səfərlə Polşaya yola düşüb.







