BaşlıcaSiyasət

Bakı həbsxanasından qayıdan Vigen Eulcekcian əsa olmadan yeriyə bilmir

Vigenin səhhəti getdikcə pisləşir. Bu barədə, martın 17-də jurnalistə müsahibəsində Vigen Eulcekcianın həyat yoldaşı Linda Eulcekcyan bildirib.

“Vigen əsa  olmadan yeriyə bilmir, yüksək təzyiqdən əziyyət çəkir, qismən eşitmə qabiliyyətini itirib. Hazırda ürək əməliyyatını gözləyirik” – deyə Linda Eulcekcian əlavə edib.

Xatırladaq ki, bu ilin yanvarın 15-də Azərbaycan Ermənistana 4 əsiri təhvil verib — Gevorq Sujyan, David Davtyan, Vigen Eulcekcyan və Vaqif Xaçatryan.

Livan ermənisi Vigen Eulcekcian 2020-ci il noyabrın 9-da Şuşa yaxınlığında livanlı Maral Nacaryan ilə birlikdə əsir götürülüb.

Onlar Artsaxa getmişdilər ki, Şuşadakı hotellərdən birindən Nacaryanın əşyalarını götürsünlər. Maral Nacaryan 2021-ci ilin mart ayında azadlığa buraxılmışdı.

Vigen Eulcekcian 2021-ci il iyunun 14-də Bakı məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

Daha çox göstər
Back to top button