
İran İslam Respublikasının əsaslarının qorunması məsələsində silahlı qüvvələrin doktrinası müdafiə xarakterlidən hücum xarakterliyə dəyişdirilib.
Bu barədə “Xatəm əl-Ənbiyə” mərkəzi komandanlıq qərargahının komandiri bildirib, Pars Today xəbər verir.
“Bu doktrinaya uyğun olaraq biz döyüş meydanında hərbi əməliyyatların aparılması taktikasını dəyişmişik. Müasir yeni silahlanma ilə biz düşmənin hesablamalarını pozacağıq” – deyə “Xatəm əl-Ənbiyə” komandanının sözlərini media sitat gətirib.







