
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, eskalasiya davam edərsə, Üçüncü Dünya Müharibəsinə çevrilə bilər. Bu fikri amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru, professor Ceffri Saks ifadə edib.
“Müharibə yalnız ABŞ və İsrailin təcavüzünə qarşı qlobal qəzəb və nifrət bu ölkələri dayanmağa məcbur etdikdə dayanacaq. Əks halda, böyük ehtimalla alovlar içində olan bir Yaxın Şərqin şahidi olacağıq.
Bu münaqişə asanlıqla qlobal bir yanğına — faktiki olaraq Üçüncü Dünya Müharibəsinə çevrilə bilər” — deyə o, Yaponiyanın Nikkei Asia portalına verdiyi müsahibədə qeyd edib.
Saks əlavə edib ki, hərbi əməliyyatlar nəzarətdən çıxa bilər, çünki ABŞ və İsrail “ərəb dünyasında və Qərbi Asiyada hegemonluq qurmaq niyyətində qətidirlər”
. Onun fikrincə, hər iki ölkə öz yekun məqsədi kimi “Böyük İsrail”in yaradılmasını görür” hansı ki, bu layihə “bütün tarixi Fələstini udacaq”, ərəb ölkələrini suverenlikdən məhrum edəcək və regiondan neft-qaz ixracını öz nəzarətinə götürəcək.
Professor vurğulayıb ki, Amerika administrasiyası və yəhudi dövləti, region ölkələrinin “İsrailin bu dərəcədə nəzarətsiz davranmasını istədiyini” düşünərək yanılırlar.
Ekspertin fikrincə, heç bir dövlət ABŞ-ın enerji daşıyıcılarının ixracına nəzarət etməsini istəməyəcək. Saks xəbərdarlıq edib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar davam edərsə, dünya görünməmiş bir enerji böhranı ilə üzləşəcək, bunun iqtisadi nəticələri isə “fəlakətli” ola bilər







