BaşlıcaSiyasət

Benyamin Poqosyan: “Azərbaycanın hər hansı yeni hərbi eskalasiya riski sıfır olaraq qalır”

Baş verən hadisələrin regionun təhlükəsizliyinə təsiri hələlik kifayət qədər məhduddur. Bu barədə keçirilən mətbuat konfransında APRI Armenia analitik mərkəzinin baş məsləhətçisi Benyamin Poğosyan bildirib.

“Biz gördük ki, Naxçıvana dron zərbələri endirildi, bundan sonra Azərbaycan kifayət qədər sərt reaksiya verdi, lakin çox tez bu reaksiya yumşaldı.

Türkiyə istiqamətində də bir neçə raket buraxıldı. Türkiyənin reaksiyası daha yumşaq oldu. Hər halda, ən azı Türkiyədə belə şübhələr səslənir ki, bu raketlər həqiqətən İran komandanlığı tərəfindən buraxılıb, yoxsa burada təxribatlar olub.

 Türkiyə müharibəyə cəlb olunmamaq üçün hər şeyi etməyə çalışır. Türkiyədə aydın bir anlayış var ki, bu, Türkiyənin müharibəsi deyil” – deyə Poğosyan qeyd edib.

Onun sözlərinə görə, İranın hər hansı parçalanması halında Türkiyənin İran ərazisində daha bir kürd muxtariyyəti ilə üzləşə biləcəyi ilə bağlı ciddi narahatlıqlar var və oradakı kürdlərin sayı Suriyadakından daha çoxdur.

“Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinə müharibənin təsirinə gəlincə isə, biz təxminən 2025-ci il avqustun 8-dən, Vaşinqton bəyannaməsinin imzalanmasından sonra yaranmış vəziyyətlə eyni vəziyyətdəyik.

Yəni demək istəyirəm ki, hazırda Azərbaycan tərəfindən  yeni  hərbi eskalasiya təhlükəsi demək olar ki, sıfırdır və sıfır olaraq qalır.

 Razılaşdırılmış və ilkin paraflanmış sülh müqaviləsinin yekun imzalanmasını Azərbaycan hələ də Ermənistanda Konstitusiya dəyişikliyi ilə, xüsusilə Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması ilə əlaqələndirir” – deyə o, vurğulayıb.

Daha çox göstər
Back to top button