Mart ayında Ermənistanı 150.000-dən çox turist ziyarət edib. Ən çox hansı ölkələrdən gəliblər?
Bu ilin mart ayında Ermənistana ötən ilin eyni dövrü ilə müqayisədə 22 minə yaxın daha çox turist gəlib. Bu barədə Ermənistan Respublikasının Turizm Komitəsi məlumat yayıb.
“2026-cı ilin mart ayında Ermənistanı 152.444 turist ziyarət edib. Ötən ilin eyni dövründə turist səfərlərinin sayı 129.887 təşkil edib. 2026-cı ilin mart ayında Ermənistana ən çox turist səfəri Rusiyadan (40%), Gürcüstandan (15%) və İrandan (8%) qeydə alınıb” – deyə komitədə qeyd olunur.
2026-cı ilin mart ayında ER sərhəd keçid məntəqələrindən keçən vətəndaşların təxminən 60 faizi kişi, qalanı isə qadın olub. Ən çox ziyarət edənlər 35-44 yaş arası şəxslər olub – 31 faiz, sonra 25-34 yaş arası olanlar – 21 faiz, üçlüyü isə 45-54 yaş arası olanlar – 17 faiz bağlayıb.
Ermənistan Respublikası Turizm Komitəsinin məlumatına görə, turistlərin 63 faizi (2025-ci ildə 64 faiz) “Zvartnots” hava limanından gəlib, “Baqrataşen” quru keçid məntəqəsindən 17 faizi (ötən il də eyni olub), “Bavra”dan isə 11 faizi (2025-ci ildə 12 faiz) ziyarət edib. “Meğri”, “Qoqavan” və “Ayrum” keçid məntəqələrindən gələnlərin sayı 1-6 faiz təşkil edib.
“Gümrü” hava limanından Ermənistana gələn turistlərin yalnız 2 faizi olub (ötən il də eyni olub).







