
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Qazaxıstan TRİPP layihəsi ilə maraqlanır. Alınan məlumata görə, bu barədə jurnalistlərlə brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Beynəlxalq kommunikasiyanın yeni yolu açılır və Qazaxıstan beynəlxalq nəqliyyat, xüsusən də sahəsinin Çindən və Çinə doğru mal axını baxımından böyük oyunçularından və aktorlarından biridir .
Bu məsələni səfərim zamanı müzakirə etdiyimiz qazaxıstanlı həmkarlarımız daha konkret olaraq hansı nəqliyyat imkanlarının açıldığını və bunun onlara necə təsir edəcəyini anlamağa çalışırlar.
Qazaxıstan bu mövzu ilə maraqlanan yeganə ölkə deyil; çoxsaylı ölkələr maraqlanır. Bu, ictimai prosesdir və biz bunu həmkarlarımızdan gizlətmək fikrində deyilik.
Təbii ki, biz Qazaxıstanı Ermənistan vasitəsilə tranzit yollarından öz ixracat, idxalat və göstərilən nəqliyyat xidmətləri zəncirində istifadə etməyə hazır olmağa dəvət etməliyik” – deyə Paşinyan bildirib.







