BaşlıcaBeynəlxalq

Qatili  Azərbaycana hədiyyə edən Orban seçkilərdə ağır məğlubiyyətə uğradı

Macarıstanda nəhəng siyasi dəyişiklik baş verir: Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyası parlament seçkilərində alçaldıcı məğlubiyyətə uğrayıb və 16 il Baş nazir vəzifəsində çalışan Orban dövrü sona çatır.

O, məğlubiyyət barədə ağrı ilə danışsa da, demokratik ölkələrdə qəbul edildiyi kimi, qalibi təbrik edib.

“Seçkilərin yekun nəticəsi bəllidir, bu bizə böyük ağrı verir, lakin mən artıq qalib partiyanı təbrik etmişəm. Birgə gördüyümüz nəhəng işə görə hamınıza təşəkkür edirəm.

 Biz missiyamızı davam etdirəcəyik, lakin bundan sonra bunu müxalifət düşərgəsində edəcəyik” — deyə Fidesz lideri bildirib.

Putin və Trampın dostu AB-nə çox etibar etməyib

Orban millətçi, sağçı, populist siyasi lider hesab olunur; onun yaxın həmfikirləri Amerika və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putindir.

Onun Baş nazirliyi dövründə Macarıstanın Avropa Birliyi və NATO ilə əlaqələri əhəmiyyətli dərəcədə kəskinləşib.

Bu nəticə az ehtimal olunan variant kimi görünürdü. Bu, nəinki Macarıstan, həm də Avropa, bəlkə də dünya üçün böyük əhəmiyyət kəsb edir, çünki bu, böyük tərəfdar ordusuna malik olan, Avropa Birliyi  və ümumiyyətlə beynəlxalq inteqrasiya ideyalarına etibarsızlıq nümayiş etdirən məşhur qüvvələr arasında ilk böyük məğlubiyyətdir.

Qalib Aİ və NATO ilə əlaqələri yaxşılaşdıracaq

Orban dəfələrlə öz vetoları ilə Avropa Birliyinin fəaliyyətinə mane olub, xüsusilə Ukraynaya dəstək məsələsində çox sərt mövqe nümayiş etdirib.

Qalib — Peter Madyar, Viktor Orbanın vaxtilə tərəfdarı olub. O, hazırda Tisza partiyasına rəhbərlik edir. Madyar seçki kampaniyasını korrupsiya ilə mübarizə şüarı ilə aparıb və Avropa İttifaqı və NATO ilə korlanmış münasibətləri yaxşılaşdıracağına söz verib.

Avropalı liderlər bu gün səhər saatlarından etibarən Madyarın qələbəsinə təbrik mesajları ilə reaksiya veriblər.

“Bax indi mən qürurlu macaram”

Budapeştdə Madyarın qələbəsi qeyd olunur. Britaniyada yaşayan Edrien Rikser səs vermək üçün xüsusi olaraq Londondan Budapeştə gəlib.

“Çox xoşbəxtəm, hələ də inanmıram, ümid edirəm ki, səslərin üçdə ikisini alacağıq. Şükürlər olsun, bax indi mən nəhayət  16 ildən sonra qürurlu macaram” — deyə Rikser bildirib.

Budapeşt sakini Lukaş Tot: “Fantastik hissdir, nəhayət bu mafioz dövlətdən qurtulduq, həqiqətən yaşadıqlarımı təsvir edə bilmirəm”.

Tərəfdarlarına müraciət edən Peter Madyar bildirib ki, bu, bütün həmfikirlərin birgə səyləri ilə qazanılmış çox böyük qələbədir.” Tanrı Macarıstanı qorusun”.

“Biz bu gün birlikdə Macarıstanı Orbandan azad etdik. Sizin dəstəyiniz olmasaydı, bu qələbə mümkün olmazdı. Mən bütün gücümlə və sədaqətimlə vətənə xidmət edəcəyəm. Tanrı Macarıstanı qorusun, Tanrı hər bir macarı qorusun” — deyə Madyar  bəyan edib.

Viktor Orbanın rüsvayçı anti-erməni hərəkəti

Orbanın adı ermənilər üçün son dərəcə xoşagəlməz və kədərli bir reallıqla da bağlıdır.

Məhz o, erməni zabiti Gurgen Markaryanı yatmış ikən balta ilə vəhşicəsinə qətlə yetirən və ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi barədə rəzil qərara razılıq verib.

Onlar NATO kurslarında iştirak edirdilər və Budapeştdə zabit yataqxanasında qalırdılar.

Macarıstanda yüzlərlə insan aksiya və yürüşlərlə Orbanın hökmünü pisləyib, hansı ki, həmin hökmlə Səfərov öz ölkəsinə qayıdıb, əfv olunub və qəhrəman elan edilib.

Həmin il Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsib. Lakin 2021-ci ildə Budapeştin vasitəçiliyi ilə erməni əsirlər evlərinə qayıdıb və 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlər bərpa olunub.

Daha çox göstər
Back to top button