BaşlıcaSiyasət

Fransa Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacağını bəyan edib

Avropa Siyasi Birliyinin sammiti çox mühüm hadisədir; bu müddət ərzində Ermənistan bir neçə günlüyə Avropanın mərkəzinə çevriləcək. Bu, Ermənistanın geosiyasi əhəmiyyətini vurğulayır.

Bu barədə “CivilNet”ə verdiyi müsahibədə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad bildirib.

“Bununla yanaşı, Prezident Makron Ermənistana ilk səfərini edəcək. Biz ölkələrimiz arasındakı onsuz da sıx olan tarixi, mədəni və iqtisadi əlaqələri, həmçinin müdafiə sahəsindəki əməkdaşlığı gücləndirə biləcəyik.

Prezident Makron və Baş nazir Paşinyan bizi bir-birimizə daha da yaxınlaşdıracaq strateji tərəfdaşlıq sazişi imzalayacaqlar. Bundan sonra isə Avropa Birliyi  -Ermənistan sammiti keçiriləcək ki, bu da Avropa Birliyi ilə Yerevan arasındakı əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

Bu, Ermənistanın Fransa və Avropa Birliyi  ilə münasibətlərində mühüm mərhələ olacaq.

Fransa artıq Ermənistanla həm silah tədarükü, həm də məsləhət xidmətləri baxımından müdafiə əməkdaşlığını genişləndirib. Biz Yerevandakı  səfirliyimizə hərbi attaşe göndərmişik. Bu, Prezident Makronun önəmliklərindən biridir”— deyə nazir vurğulayıb.

Haddad son illərdə aktiv şəkildə həyata keçirilən müdafiə əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

“Mən ilk dəfədir Ermənistandayam və Soyqırım Muzeyini ziyarət etdim. Bu, çox mühüm və təsirli bir təcrübə idi. Hələ o illərdə bu faciə, bu soyqırım bir çox fransız və avropalını dərindən sarsıtmışdı və onlar bu barədə yazmışdılar” — deyə o, əlavə edib.

Daha çox göstər
Back to top button