
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə o, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindəki mövcud inkişafa da toxunub. Onun sözlərinə görə, son illərdə Cənubi Qafqaz dərin transformasiyalara məruz qalıb.
Əliyev qeyd edib ki, ötən ilin avqustunda Vaşinqtonda Prezident Donald Trampın təşkil etdiyi sammitdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması işində tarixi irəliləyiş əldə olunub.
“Bu gün biz bu sülhün bəhrələrinin şahidi oluruq. Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri qurulub və Azərbaycan hazırda Ermənistan üçün tranzit imkanlarını təmin edir.
Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına kömək edir” — deyə Əliyev bildirib.







