
İlk Ermənistan-AB sammitinin nəticəsi olaraq birgə bəyannamə qəbul edilib. “Armenpress”-in məlumatına görə, bəyannamənin mətni Avropa Komissiyasının saytında dərc edilib.
Qeyd olunur ki, bəyannamə Avropa İttifaqının Ermənistanla münasibətlərin möhkəmləndirilməsinə, eləcə də Ermənistanın suverenliyinə, dayanıqlığına və hərtərəfli islahat gündəliyinə dəstək verməyə sadiqliyini bir daha təsdiqləyir.
Həmçinin qeyd olunur ki, 5 may 2026-cı ildə keçirilən sammit rabitə, enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq sahələrində ikitərəfli münasibətlərin gücləndirilməsi üçün mühüm fürsət olub.







