
ER Baş naziri Nikol Paşinyan Respublika Günü – mayın 28-də keçiriləcək hərbi paradın təlimindən videolar dərc edib.
Alınan məlumata görə, videolardan birində Ermənistan istehsalı olan kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı nümayiş etdirilir. Digər videoda isə, ehtimal ki, Fransadan satın alınmış CAESAR artilleriya sistemləri nümayiş etdirilir.
Mayın 28-də Respublika meydanında hərbi parad keçirilməsi nəzərdə tutulub, bu zaman son illərdə Ermənistanın əldə etdiyi silah-sursat nümayiş etdiriləcək.
Martın 26-da jurnalistlərlə brifinq zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, mayın 28-də o qədər də hərbi parad yox, Ermənistan vətəndaşlarına hesabat baş tutacaq.







