
ABŞ-ın Nevada Universitetinin politologiya professoru Nerses Kopalyan “Armes” şirkəti ilə birgə keçirilən sorğu məlumatlarına əsaslanaraq seçkilərin mümkün nəticələrini təhlil edib.
O, vurğulayır ki, həlledici rolu bitərəf seçicilər oynayacaq.
Onun fikrincə, bitərəf seçicilərin təxminən 47%-i “Mülki Müqavilə” (hakim partiya) tərəfə meyl edir ki, bu da partiyanın reytinqini 50-51%-ə çatdıra bilər.
Müxalifət isə pərakəndədir və ümumi 22-25%-lik səs kütləsi uğrunda bir-biri ilə mübarizə aparır.
Kopalyan hakimiyyətin reytinq artımını bir neçə amillə əlaqələndirir:
ABŞ vitse-prezidenti Vensin səfəri;
Pensiya məsələlərinin həlli;
İranla bağlı gərginlik zamanı hökumətin prosesi Ermənistana zərər dəymədən idarə etməsi.
Politoloq həmçinin Rusiyanın Ermənistana qarşı hibrid müharibə və kiberhücumlar həyata keçirdiyini, Kremlin Ermənistanla münasibətlərə “ağa-nökər” prizmasından baxdığını bildirib.
Onun sözlərinə görə, hakimiyyət dəyişərsə, Azərbaycan prezidenti İlham Əliyev yaranmış qeyri-müəyyənlikdən istifadə edərək dərhal güc tətbiq edə bilər, çünki bu, onun maraqlarına uyğundur və yeni rəhbərliyin mövqeyini gözləməyəcəyik.







