BaşlıcaEkonomika

Rusiya Ermənistanın “Cermuk” mineral sularının idxalını və satışını qadağan edib

“Rospotrebnadzor” Ermənistanın “Cermuk” mineral sularının Rusiyaya idxalını və satışını qadağan edib. Alınan  məlumata görə, bu barədə “Meduza” “Rospotrebnadzor”un açıqlamasına istinadən xəbər verir.

“Suda hidrokarbonatların, xlorun və sulfatların miqdarının normadan artıq olduğu aşkar edilib. Müalicə əhəmiyyəti olan məhsullar haqqında yanlış məlumatlar müalicənin səmərəsizliyinə və sağlamlığın pisləşməsinə səbəb ola bilər” – deyə qurumun açıqlamasında deyilir.

Qadağa dərhal qüvvəyə minib.

Xatırladaq ki, “Rospotrebnadzor” bu ilin aprelin sonunda 2025-ci il oktyabrın 23-dən 2026-cı il fevralın 17-dək istehsal olunmuş “Cermuk” mineral sularının partiyasının idxalını və satışını qadağan etmişdi. O zaman da mineral sularda hidrokarbonatların, xlorun və sulfatların miqdarının normadan artıq olduğu aşkar edildiyi bildirilmişdi.

Həmçinin xatırladaq ki, 2026-cı il mayın 20-də “Rosselxoznadzor”Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq etmişdi.

Daha çox göstər
Back to top button