
İyunun 14-15-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan işgüzar səfərlə Lüksemburqda olacaq. Bu barədə Ermənistan XİN məlumat yayıb.
İyunun 15-də AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın dəvəti ilə nazir Mirzoyan AB üzv dövlətlərinin Xarici işlər nazirləri şurasının iclası çərçivəsində keçiriləcək müzakirədə iştirak edəcək.







