Başlıcaİctimaiyyət

Avanesyan:  “2028-ci il yanvarın 1-dən ümumi sağlamlıq sığortasının beneficiarı bütün vətəndaşlar olacaq”

Ermənistanda 2028-ci il yanvarın 1-dən ümumi sağlamlıq sığortasının beneficiarı bütün vətəndaşlar olacaq. Verilən məlumata görə, bu barədə Parlamentdə Ermənistanın 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatı təqdim edərkən səhiyyə naziri Anahit Avanesyan bildirib.

Nazir söyləyib ki, ümumi sağlamlıq sığortasının tətbiqi geri dönməz prosesdir və o, qarşıdakı illərdə mərhələli şəkildə genişləndiriləcək.

“Ümumi sağlamlıq sığortası geri dönməz reallıqdır və o, sonradan genişləndiriləcək. 2027-ci ildə sistemə 200 min dramadək maaş alanlar, mülki-hüquqi müqavilələrlə işləyənlər, taksi xidmətinə cəlb olunmuş sürücülər qoşulacaq” – deyə Avanesyan bildirib.

Onun sözlərinə görə, 2028-ci ildə sistemə qoşulan bütün qrupların əhatə olunması prosesi yekunlaşacaq və yanvarın 1-dən sığorta hamı üçün qüvvədə olacaq.

Avanesyan vurğulayıb ki, ümumi sağlamlıq sığortası hamını əhatə edəcək, lakin bütün tibbi xidmətləri əhatə etməyəcək. O, ilkin və zəruri xidmətlər paketini əhatə edəcək.

“Ümumi sağlamlıq sığortası hamını əhatə edəcək, lakin hər şeyi deyil, yalnız o zəruri və ilkin xidmətlər paketini ki, onlar xalqımızın ilkin ictimai səhiyyə məsələlərini həll etməyə yönəlib” – deyə nazir qeyd edib.

Avanesyanın sözlərinə görə, dövlət ehtiyaclardan və dövlət öhdəliklərindən çıxış edərək dövlət sifarişi çərçivəsində vətəndaşlara göstərilən xidmətləri genişləndirməyə davam edəcək.

“Dövlət sifarişi çərçivəsində vətəndaşlarımızın ehtiyacı və dövlətin bu ehtiyacı ödəmək öhdəliyi nə qədər olarsa, dövlət davamlı olaraq genişləndirəcək. Biz bu siyasəti aparırıq” – deyə Səhiyyə naziri bildirib.

Daha çox göstər
Back to top button