
Verilən məlumata görə, bu barədə Ermənistan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan bəyanat yayıb.
“Ermənistan Respublikasının Seçki Məcəlləsi Konstitusiya qanununun 100-cü maddəsinin birinci hissəsinə, habelə Parlamentin Nizamnaməsi Ermənistan Respublikasının konstitusiya qanununun 32-ci maddəsinin birinci hissəsinə əsasən, hansına görə növbəti seçkilər zamanı yeni seçilmiş Parlamentin ilk iclası əvvəlki çağırış Parlamentin səlahiyyət müddətinin başa çatdığı gün saat 10:00-da çağırılır və bu barədə Mərkəzi Seçki Komissiyasının sədri bəyan edir – bəyan edirəm:
Ermənistan Respublikası Parıamentinin 2026-cı il iyunun 7-də keçirilən növbəti seçkilərində seçilmiş yeni çağırış Parlamentin ilk iclasının çağırılma günü 2026-cı il avqustun 2-i saat 10:00-dır” – deyə MSK sədrinin bəyanatında qeyd olunub.
İyulun 21-də Mərkəzi Seçki Komissiyası Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən parlamentə keçən siyasi qüvvələrə mandatların verilməsi haqqında protokollar imzalayıb.
Buna görə, “Mülki Müqavilə” partiyası 64 mandat, “Güclü Ermənistan” bloku 29 mandat, “Ermənistan” bloku isə 12 mandat alıb.







