İctimaiyyət
18 yaşlı əsgərin öldürüldüyü bildirilir

Azərbaycanın Astara rayon Kakalos kəndi sakini, 2001-ci il təvəllüd Rusin Rauf oğlu Əhədovun başından vurularaq öldürüldüyü bildirilir. Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib. Bildirilir ki, Rusin Əhədov bu ilin aprelində Goranboy rayonu, Bərdə korpusuna müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Hadisənin hansı zəmində baş verməsi müəmmalıdır.







