
ER xarici işlər naziri Zohrab Mnatsakanyan qeyd etdi ki, Slovakiyanın Ermənistanda səfirliyinin yaradılması ölkələrin ikitərəfli gündəmliyini gücləndirəcək və keyfiyyətcə yeni səviyyəyə qaldıracaq. Bu barədə fevralın 24-də Slovakiya xarici işlər və Avropa naziri Miroslav Layçak ilə birgə mətbuat konfransında ER XİN başçısı Zohrab Mnatsakanyan bildirib.
“Ermənistan-Slovakiya münasibətlərinin yaradılmasından bəri iki ölkə arasında dostluq münasibətlər qarşılıqlı hörmətə əsasən qurulub. Əminəm ki, Ermənistanda Slovakiyanın səfirliyinin yaradılması ikitərəfli gündəliyimizi zənginləşdirəcək və keyfiyyətcə yeni səviyyəyə qaldıracaq”,- deyə nazir qeyd etdi.
Mnatsakanyan bildirib ki, Miroslav Layçak ilə ikitərəfli gündəmdəki bir sıra məsələləri müzakirə ediblər, həmçinin siyasi, ticari-iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə və inkişafına toxunublar.







