Koronavirus bədəndə neçə müddət davam edir?

Koronavirusa yoluxmuş insanların təxminən yarısı, bütün simptomlar yox olduqdan sonra belə,orqanizmdə COVID-19 virusunu 1-8 gün ərzində saxlayır.
Pekin Tibb Mərkəzində araşdırma aparan beynəlxalq alimlər qrupunun qənaəti belədir.Tədqiqatın nəticələri “ATSJurnals” mətbusunda dərc edilmişdir.
Mütəxəssislər orta yaşı 35,5 olan 16 xəstənin məlumatlarını təhlil etdilər. Onlar yanvarın 28-dən fevralın 9-a kimi koronavirusdan müalicə olunmuşlar və hamısı sağalmışlar və onların analizləri təmiz alınınmışdır.
Hər bir xəstəlik müxtəlif dərəcəli ağırlıqla keçib.Bu haqda araşdırma iştirakçısı pulmonoloq Lokeş Şarma qeyd edib. İnkubasiya dövrü 5 gün sürür hamının yanında yüksək hərarər olub, öskürək, boğaz ağrısı və tənəffüs çətinliyi ilə ortalama beş gün davam etməkdədir.
Bu simptomlar orta hesabla 8 gün davam edir, ancaq simptomlar ləğv olduqdan sonra belə,xəstələrin yarısında müsbət virus testləri olub.
Alimlər koronavirusla müalicə olunanlar üçün karantin müddətinin 1-2 həftə uzadılmasının zəruri olduğunu düşünürlər.







