
Aprelin 3-də ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Cənub-Qərb istiqamətində yerləşən hərbi hissələrə baş çəkib.
Bu haqda ER Müdafiə nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumatlandırıb. Hərbi hissələrdən birində ER SQ BQ rəisi artileriya kompleksinin yeni təlimlərinin gedişatını izləmiş və müvafiq təlimatlar vermişdir.
General-leytenant Artak Davtyan hərbi dayaq mövqelərində olmuş, sərhəd bölgəsindəki on xətdə operativ vəziyyət, şəxsi heyətin fiziki, döyüş və mənəvi hazırlıq səviyyəsi, hərbi vəzifələrin şərtləri, cəbhədə aparılan mühəndis və istehkam işləri ilə tanış olmuşdur.







