İctimaiyyət
Şəmkirdə karantini pozan 15 nəfər həbs edildi

Şəmkirdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.
Bu barədə “Report”un Qərb mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
Qeys edək ki, mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1 038 Azərbaycan vətəndaşı barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb ki, onlardan 15 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Qeyd edək ki, aprelin 17-də keçirilən reyd zamanı xüsusi karantin rejimindən başqa sərxoş halda avtomobil idarə etmə, konstruktiv dəyişiklik və digər qanun pozan sürücülər də aşkar edilib ki, onlar barəsində də qanunamüvafiq tədbir görülüb.







